Nigar Camal: “Həyatımı yaşayıram, insanlar mənə maraqlı deyil” - VİDEO

MAQAZİN
16:23 02.06.2020
752

"Komplekssiz olmaq üçün savad olmalıdır. Bəlkə də 15 il Avropada yaşamağımın da təsiri var. Öz həyatımı yaşayıram, insanlar mənə maraqlı deyil. Onların nə deyib, nə düşünəcəyini fikirləşəndə kompleks yaranır. Vecinə almayanda yaxşı olur”. 

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycana Avroviziya sevinci bəxş edən müğənni Nigar Camal "ARB” televiziyasında yayımlanan "Show News” proqramına verdiyi müsahibəsində deyib.

Qalmaqallardan uzaq olmağa çalışan sənətçi onu gözümçıxdıya salmaq istəyən həmkarlarına efir vasitəsi ilə xəbərdarlıq ünvanlayıb: 

"Hansısa verilişdə özünü düz çıxarıb, başqalarını təhqir, tənqid etməkdənsə, mənə zəng etmələri daha yaxşı olardı”.



 

OXŞAR XƏBƏRLƏR