Nigar Camalın həyat hekayəsi - FOTOLAR

Nigar Camalın həyat hekayəsi - FOTOLAR
ŞOU-BİZNES
06:49 18.05.2011
11078

İTV-nin təşkil etdiyi seçim turlarına qədər kimsənin tanımadığı Nigar Camalın həyat tarixçəsi indi də sirrlər pərdəsi ilə örtülüdür. Onun haqqında çox az şey məlumdur. 

Nigar 1980-ci ilin 7 sentyabrında Bakıda doğulub. Uşaq vaxtlarından musiqi ilə maraqlanıb. 

1988-96-cı illərdə "Pöhrə" Respublika uşaq mahnı müsabiqəsində iştirak edib. 1996-cı ilin may ayında müsabiqənin fəxri diplomuna layiq görülüb.

1997-ci ildə Nizami rayonu 201 saylı orta məktəbi bitirib. 1997-2001-ci illərdə Xəzər Universitetinin İqtisadiyyat və menecment fakultəsində təhsil alıb. 2005-ci ildə Britaniya vətəndaşı oan bir türklə ailə həyatı qurub. Jasmin və Səidə adlı iki qız anasıdır.

2010-cu ildə İTV-nin təşkil etdiyi "Eurovision-2011"-in milli seçim turlarına qatılıb və qalib olub.

2011-ci ildə Almaniyanın Duseldorf şəhərində keçirilən "Eurovision-2011" mahnı yarışmasında Eldar Qasımovla birlikdə Azərbaycanı təmsil edib və qalib olub.

Nigar Camalın və ailəsinin fotolarını təqdim edirik.

mənbə: ANN.AZ

Nigar Camalın həyat yoldaşı Londondakı "All Talents" musiqi məktəbində "Eurovision" qələbəsini qeyd edərkən. Qeyd edək ki, Nigar həm də bu məktəbin tələbəsidir 

 

 

OXŞAR XƏBƏRLƏR