Nigar Camalın ailəsində bədbəxt hadisə - 'Dərisinin 55%-i bütünlüklə yanıb'

Nigar Camalın ailəsində bədbəxt hadisə -
Bütün Xəbərlər
01:26 06.09.2012
2948
“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın atası Aydın Mütəllibzadə vəzifəsini icra edərkən güclü yanıq xəsarəti alıb. 
APA-nın məlumatına görə, A. Mütəllibzadə “Bakıelektrikşəbəkə”nin Maştağa qəsəbəsindəki yarımstansiyasında baş verən qəza nəticəsində yaralanıb. N. Camal məlumatı təsdiqləyib: “Təəssüflə deməliyəm ki, bu məlumat həqiqətdir. Maştağa-Bilgəh şosesində güclü partlayış olub və atam 3-cü dərəcəli yanıq xəsarəti alıb. Hazırda atamın vəziyyəti çox ağırdır. Dərisinin 55%-i bütünlüklə yanıb. Bu hadisə atamın təqaüdə çıxmasından 3 ay əvvəl baş verdi və bu, bizi çox incidir. Atam orada düz 45 il işləyib”...Hazırda Aydın Mütəlibzadə 5 saylı Şəhər Xəstəxanasının yanıq şöbəsində müalicə olunur. N. Camal deyib ki, həkimlər atasının həyatını xilas etmək üçün əllərindən gələni edirlər.
OXŞAR XƏBƏRLƏR