Nigar Köçərliyə qarşı xuliqanlıq: “Polis rəisi məni təhqir etdi və hədələdi”

Nigar Köçərliyə qarşı xuliqanlıq: “Polis rəisi məni təhqir etdi və hədələdi”
Bütün Xəbərlər
17:00 16.02.2016
2030
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis-polkovniki Musa Musayev tərəfindən təhqir olunub, hədə-qorxuya məruz qalıb.AZXEBER.COM AzNews.az-a istinadənxəbər verir ki, bu barədə məlumatı sahibkar özünün Facebook hesabında yazıb. Onun sözlərinə görə idarəyə 2015-ci ilin sentyabrında “Əli və Nino” ofisindən oğurlanan 13.216 manatla bağlı açılan işə görə çağırılıb. İdarədə isə ona qarşı tərbiyəsizlik edilib. Məsələ ilə bağlı N.Köçərlinin statusunu olduğu kimi təqdim edirik:"2015-ci il sentyabrın 26-da “Əli və Nino”nun “Qanun” nəşriyyatda yerləşən ofisində oğurluq hadisəsi baş vermişdi. Naməlum şəxslər əməkdaşların əmək haqqı və nəşriyyatlara olan borcun yerləşdiyi seyfi (13216AZN) oğurlamışdılar. Bu, bizim üçün böyük məbləğdir və onun itməsi mənim üçün həm maddi, həm də mənəvi cəhətdən ağır zərbə oldu (Axı aydındır ki, cinayətkar seyfdə böyük miqdarda nağd pulun olmasından xəbərdar olub).Mən dərhal hadisə yerinə polis çağırdım, cinayət işi başladıldı. Lakin sonradan hər şey sakitləşdi. 5 ay ərzində mən dəfələrlə Nəsimi rayon polis İdarəsinə sorğuyla müraciət etmişəm. Lakin idarənin rəis müavini Nadir Aslanov və cinayət axtarış şöbəsinin rəisi Orxan Axundzadə ilk vaxtlar cavab verməkdən yayınırdılar. Sonra isə onlar açıq şəkildə mənə bildirdilər ki, “bizim sizə vaxtımız yoxdur, bu iş bizə maraqlı deyil”.Bundan sonra mən məcburən Nəsimi rayon Prokurorluğuna, Baş Prokurorluğa, DİN-ə, Prezident Aparatına yazmalı oldum. Mən bu işdə mütəxəssis deyiləm. Lakin hətta mənə də aydındır ki, heç bir iş aparılmayıb. Yeri gəlmişkən, bu günlərdə Baş Prokurorluqdan mənim şikayətimə cavab gəlib - hadisə yerində tapılan barmaq izlərinə əsasən cinayətkarın kimliyini müəyyən etmək mümkün olmayıb, odur ki iş dayandırılıb. Əlbəttə, cinayətkarı müəyyən edə bilməyəcəklər, axı heç kim şübhəlilərdən barmaq izi götürməyib!Dünən məni Nəsimi rayon polis idarəsinə çağırdılar ( bu zaman məndən niyə Prezident Aparatına şikayət etdiyimi soruşdular. Axı orada cinayət işinin araşdırılması ilə məşğul olmurlar). İlk öncə mən getmək istəmədim. Axı mən niyə görə şikayət etdiyim insanlarla görüşməliyəm? Lakin sonra düşündüm ki, getmək lazımdır. Bəlkə işlə bağlı hansısa detallar aşkarlanıb. Bu gün 11:15-də görüşə gəldim. Mənə dedilər ki, mənimlə idarənin rəisi, polis polkovniki Musa Musayev görüşmək istayir. Düşündüm ki, əladır. Axı mən şikayətləri yazana qədər israrla onunla görüşməyə çalışırdım. Kabinetdə idarə rəisindən başqa idarənin rəis müavini Nadir Aslanov, şöbə rəisi Oruc Rzayev də var idi. Sonra isə cinayət axtarış şöbəsinin rəisi Orxan Axundzadəni də çağırdılar.Bundan sonra dəhşətli bir şey baş verdi. İdarə rəisi Musa Musayev kobud tərzdə məndən soruşdu ki, niyə onlardan şikayət etmişəm. Mənə xas olan nəzakətli tərzdə izah etdim ki, mənim başqa yolum yox idi. Buna cavab olaraq Musa Musayev üstümə qışqırmağa və məni təhqir etməyə başladı. Mən onun qışqırıq və söyüşlərindən şoka düşmüş halda otaqdan çıxmaq üçün ayağa qalxdım. Çıxışıma mane olaraq yolumu kəsdilər. Musa Musayev dəhşətli sözlərlə təhqir edərək və hədələyərək məni kabinetə qaytarmağa çalışdı. Mən çətinliklə idarədən çıxa bildim.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı