"Ayna" qəzetinin məlumatına görə, tezliklə modelin ifasında səslənəcək mahnılar toplu şəklində tirajlanacaq. Model bildirib ki, albomda Azərbaycan bəstəkarlarının mahnıları üstündür. Elə bəstələr də var ki, məhz modelin ifası üçün bəstələnib. Nigar Talıbova deyir:
"Mahnılar və onların aranjiman işləri tam hazırdır. Bircə mənim studiyaya daxil olub, onları lentə yazdırmağım qalır. Tezliklə buna vaxt ayıracam. Mahnı müəlliflərini bir-bir sadalamaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, bəstəkarların sırasında Gövhər Həsənzadə və Ayşe Birgül Yılmaz da var".