ANS PRESS-in məlumatına görə, Eldar və Nigarı abidənin yerləşdiyi Heydər Əliyev Parkında qarşılayan ictimaiyyət jurnalistlərə işləməyə imkan verməyib.
Orta yaşlı bir qadın isə "Nigar, xalan sənə qurban" deyərək Nigarın üstünə "hücum" çəkib. Qadın öpüşləri ilə Nigarın makiyajını siləndən sonra əlləri ilə ifaçının saçlarını qarışdırıb. Nigardan sonra Eldara keçən qadın eyni "işgəncələri" ona da verib.