"Samirlə aramızda inciklik olmuşdu. Bizi Röya Ayxan barışdırdı".
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Nigar Camal deyib.
"İncə səhər" verilişində qonaq olan sənətçilər yeni layihələrinin ərsəyə gəlməsində Röya Ayxanın dəstəyindən danışıblar:
"Samirlə aramızda inciklik olmuşdu. Bizi Röya Ayxan barışdırdı. Onlara qonaq gedəndə layihələrdən danışanda dedim ki, Samirlə oxumalı idik, alınmadı. Hətta klip də çəkilmişdi, amma biz onu yayımlamamışdıq. Səbəbini soruşdu. Sonra Samirə zəng edib və deyib ki, bu mahnını oxuyun. Elə oldu biz barışdıq və layihəni təqdim etdik".
Samir isə Nigardan küsmədiyini, sadəcə aralarında anlaşılmazlıq olduğunu bildirib.
Xatırladaq ki, onlar arasında incikliyə səbəb "Matanı" mahnısı olmuşdu. Samir Piriyevin ifasına rəqs edən Nigarın görüntüləri viral olandan sonra mahnını onun məşhur etdiyi iddiası, Samirin xanımı Anaranın iradlarına səbəb olmuşdu.
Aysel










































