Nigeriyada 15 fermer öldürüldü

Nigeriyada 15 fermer öldürüldü
DÜNYA
12:17 19.05.2025
322
Nigeriyanın şimal-qərbindəki Kebbi ştatında silahlı hücum nəticəsində 15 fermer həlak olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya mətbuatı məlumat yayıb.
 
Məlumata görə, ştatın Danko Vasaqu bölgəsindəki tarlalara gedən fermerlər Lakurava silahlı qruplaşmasının hücumuna məruz qalıb.
 
Hücumda 15 fermer həyatını itirib, 3-ü yaralanıb.

Kebbi əyaləti qubernatorunun müavini Ömər Tafida hücum yerinə baş çəkərək həyatını itirənlərin ailələri ilə görüşüb.

Tafida, əyalət hökumətinin fermerlərin əkin sahələrinə təhlükəsiz şəkildə qayıtmasını təmin etmək üçün lazımi addımlar atacağını söyləyib.

Qeyd edək ki, Nigeriya uzun müddətdir ki, müxtəlif bölgələrdə silahlı dəstələrin, həmçinin Boko Haram və ISWAP terror qruplarının hücumları ilə üzləşir.

Bununla yanaşı, Lakurava yanvar ayında ölkə hökuməti tərəfindən terror qruplaşması elan edilib.
 
Oksana

OXŞAR XƏBƏRLƏR