Nigeriyada dəhşətli qəza: 21 nəfər ölü

Nigeriyada dəhşətli qəza: 21 nəfər ölü
DÜNYA
13:37 07.07.2025
214
Nigeriyanın Kano ştatında ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Nigeriya Federal Yol Təhlükəsizliyi Korpusunun (FRSC) Kano Ştat İdarəsi yazılı açıqlama yayıb.

Məlumata görə, Kano-Zaria avtomobil yolunda yüksək sürətlə hərəkət edən sərnişin avtobusu hərəkətdə olan yük maşınına çırpılıb. Qəza nəticəsində 21 nəfər həyatını itirib, çox sayda insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralıların xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin nəzarət altında olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.
 
Oksana
OXŞAR XƏBƏRLƏR