Nigeriyada yüzlərlə məhbus həbsxanadan qaçdı

Nigeriyada yüzlərlə məhbus həbsxanadan qaçdı
DÜNYA
19:56 05.04.2021
450
Nigeriyanın cənubundakı İmo ştatında bir qrup silahlı şəxs həbsxanaya hücum edib.

Hadisə nəticəsində yüzlərlə məhbus həbsxanadan qaçıb. Azı bir polis əməkdaşının həlak olduğu deyilir.

Qeyd olunur ki, silahlılar həbsxana ərazisinə orduya məxsus nömrə nişanları olan avtomobillərdə yaxınlaşıb.

Hazırda bölgəyə əlavə qüvvələr yeridilib. Qaçan məhbusların axtarışları aparılır.
 
///Trend
OXŞAR XƏBƏRLƏR