Nihat Doğan ağlayaraq üzr istədi – VİDEO

DÜNYA
17:41 16.02.2015
5691
20 yaşlı Özgecan Aslan zorlanaraq öldürüldükdən sonra sosial şəbəkədə, "Siz də mini ətək geyinib, soyunub əxlaqsız manyaklar tərəfindən təzavüzə uğrasanız bar-bar bağırmayacaqsınız" yazan Nihat Doğan ağlayaraq bütün Türkiyədən üzr istəyib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənninin statusundan sonra qarşılaşdığı sərt reaksiyalardan sonra tvitini silsə də, cəmiyyətdə müğənniyə qarşı linç kompaniyası başlayıb. Nihat Doğan canlı efirə qoşularaq ağlaya-ağlaya üzr istəyib.
"Əgər mənim bu tvitim Özgəcanı qətlə yetirən vəhşiləri müdafiə etmək kimi qəbul edilirsə, bütün Türkiyədən üzr istəyirəm! Mənim anam qadındır, anamın saçının bir telinə zərər gəlirsə özümü yandıraram. Bütün türk qadınları mənim anam-bacımdır."
OXŞAR XƏBƏRLƏR