Nihat Qəhvəci: 'Onu alacağam'

İDMAN
02:25 12.02.2012
2197
"Beşiktaş" klubunun sabiq futbolçusu Nihat Qəhvəci maraqlı açıqlamaları ilə diqqət çəkib. 
Yenidən "Beşiktaş"dan ala bilmədiyi borca toxunan Nihat israrla 5 milyon avroluq pulunu tələb edib:
"Mən 7 ay səbr etdim. Bu müddət ərzində heç kəs mənimlə maraqlanmadı. Sonda dava açmaq məcburiyyətində qaldım. Quti bütün pulunu aldı və getdi.
O, insandır, mən deyiləm? "Beşiktaş"lı olmaq verilən sözün tutulmaması anlamına gəlmir. Mən artıq futbolla vidalaşmışam. Ailəmi və gələcəyimi düşünürəm. Bu pul mənim haqqımdır. Onu alacağam".
Qeyd edək ki, pulunu ala bilməyən Nihat "Beşiktaş"ın və onun prezidenti Yıldırım Dəmirörənin mülkiyyətinə həbs qoydurub.  // Qol.az

OXŞAR XƏBƏRLƏR