Nika: "Antireklam bizim şou-biznesdə ən böyük reklamdır" (FOTOLAR)

ŞOU-BİZNES
21:02 01.03.2011
2976

{jcomments off}- Özünü AZXEBER.COM oxucularına necə təqdim edərdin?


- Adım Nigar Babayevadı , amma tamaşaçılar məni Nika kimi tanıyır, Evrovision-2011 milli seçim turunun iştirakçısı.

- Eurovision-da finala vəsiqə qazana bilmədin, bunu nə ilə əlaqələndirirsən?

- Bildiyiniz kimi bu il seçim biraz fərqli oldu. Bu dəfə nəinki hörmətli münsiflər heyəti, eləcə də tamaşaçılar bəyəndiyi iştrakçıya sms vasitəsi ilə səs verə bilirdilər. Mən də o smsləri yığa bilmədim, son sıralarda olmuşam, sağ olsunlar münsiflər heyəti məni son pillədə qoymadılar, onların xallarına əsasən mən gəldim irəliyə. Amma seçimlərə qatılmağıma görə heç də peşman deyiləm, bu mənim solo ifaçı kimi səhnədə ilk təcrübəm idi, özümü sınadım ,inşallah görək gələn il nə olur (gülür)

- Azərbaycanı bu il Eurovisionda təmsil edəcək Nigar Eldar dueti haqda nə deyə bilərsən?

- Nigar ve Eldar haqda onu deyə bilərəm ki, ikisi də istedadlı və çox yaxşı insanlardır. Ikisinin də xətrini çox istəyirəm. Onlara uğurlar arzulayıram, inşallah Almaniyada vətənimizi layiqincə təmsil edərlər

- Bəs Nika Azərbaycanı nə vaxt Eurovisionda təmsil edəcək?

- Onu ancaq Allah bilir. Amma onu deyə bilərəm ki, keçən il Azərbaycanı Safura təmsil edib (Safura qız bürcündəndi), bu il Nigar (o da qiz bürcüdü), nəzərinizə çatdırım ki, məndə qız bürcüyəm, görək də gələn il nə olur (gülür)

- Nika sənətdə kimi özünə rəqib görür?

- Bu sənətdə hamı bir-birinə rəqibdi. Mən bəzi müğənnilərimiz kimi deyə bilmərəm ki, bu sənətdə özümə rəqib görmürəm, ən azından bu çox gülünc və özümdən razılıq kimi görünər. Kim güclüdü deməli o mənə rəqibdi.

- Tənqidlərə münasibətin? Səncə, səni ən çox kimlər tənqid edir?

- Əlbəttə ki, zövqlər müxtəlifdir. Məni bəyənən də var, bəyənməyən də...Ümumiyyətlə, elə bir müğənni yoxdur ki, onu hamı bəyənsin... Tənqidlərə pis baxmıram, bu normal bir şeydi. Antireklam bizim şou-biznesdə ən böyük reklamdır (gülür) Amma tənqiddən çox sosial şəbəkədə özüm haqda təriflər eşidirəm...

- Boş vaxtlarında nə işlə məşğul olursan?

- Ümumiyyətlə gərgin iş rejimindən boş vaxt tapanda o vaxt ərzində də musiqiyə qulaq asıram, musiqisiz 1 dəqiqə belə qala bilmirəm))

- Sevgilin var? Yoxdursa necə olmalıdı Nikanın sevgilisi?

- Hal-hazırda sevgilim yoxdu... Nikanin sevgilisi??? Adi bir insan, amma mənim kimi romantik olsun (gülür) Bizim sənətin nümayəndəsi olsa pis olmaz, çünkü ancaq müğənni mənim sənətimə qarşı çıxmaz. Çünki bu sənətə qarşı böyük sevgini ancaq o başa düşər...

- Azərbaycanlı kişi müğənnilərdən ən çox kimi bəyənisən?

- Bilirsiniz, bizim estradaya çox qulaq asmıram, çünki mən oxuduğum janrda çox az adam oxuyur. Bu R&B janrıdı... Xanım müğənnilərdən də deyə bilərəm Natavan Həbibini bəyənirəm, çünki mənim fikrimcə bu janrda çox gözəl oxuyur.

- Özündə ən çox bəyəndiyin pis cəhət hansıdır?

- Pis cəhət? Mənim pis cəhətlərimi mənim ətrafimda olan insanlar deməlidir məncə (gülür) Amma ən yaxşı cəhət məncə odur ki, qarşıma nə isə məqsəd qoydumsa ona mütləq çatmalıyam!

- Sonda AZXEBER.COM xəbər portalının oxucularına nə demək istəyirsən?

- AZXEBER.COM saytına təşəkkürümü bildirirəm səmimi ve maraqlı söhbətə görə, oxuculara və məni bəyənən, mənə və sənətimə hörmət edən insanlara çox böyük təşəkkürümü bildirirəm, dəstəyinizə görə çox sağolun.Var olun həmişə! Sizin dəstəyiniz mənim üçün çox önəmlidir... Təşəkkürlər...

Söhbətləşdi: Sahil Nağızadə

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR