Nikaha girənlərdən tibbi arayış tələb olunacaq

Nikaha girənlərdən tibbi arayış tələb olunacaq
Bütün Xəbərlər
13:01 22.02.2012
1603

Azərbaycanda nikaha girənlərdən tibbi arayışın tələb olunması ilə bağlı Ailə Məcəlləsinə təklif olunan dəyişiklik Milli Məclisin plenar iclasına müzakirəyə tövsiyə olunub. Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə axşamı keçirilən iclasında komitə sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycanda 200 minədək uşağın anadangəlmə əlilliyi olur və onların əksəriyyəti 25-30 il yaşaya bilmirlər. "Bu problemlərin aradan qaldırılması üçün nikaha daxil olanların tibbi arayış təqdim etməsi zəruridir. Ailə quran insanlar bir-birinin xəstəlikləri barədə məlumatlı olmalıdırlar", - o deyib. Rəcəbli deyib ki, dəyişiklikdə həkimin məsuliyyəti bir daha vurğulanır, həmçinin VVAQ şöbəsinin konfidensiallığı qorumasının vacibliyi qeyd olunur. İclasda komitə üzvü Əhliman Əmiraslanov bildirib ki, xəstə uşaqların doğulması ailə üçün böyük problemdir. Onun sözlərinə görə, bu irsi xəstəliklərin və digər ağır patologiyaların aradan qalxmasına şərait yaradacaq. Məcəlləyə təklif olunan dəyişikliyə görə, nikaha daxil olan şəxslər bir-birlərinin sağlamlıq vəziyyəti barədə məlumat əldə etmək məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəliklər üzrə tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməlidirlər. Öz növbəsində bu qurum nikah qeydiyyata alınmazdan əvvəl tərəfləri tibbi müayinə haqqında arayışın nəticələri ilə tanış edir. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamağa borcludurlar. Həmin şəxslər bu məlumatların açıqlanmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsi yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək. Nikaha girənlərdən biri siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş xəstəliklərin olmasını gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"