NIKOIL Bank-ın nizamnamə kapitalı 94 mln. 500 min AZN təşkil etdi

İQTİSADİYYAT
12:08 20.10.2016
1300

NIKOIL | Bank-ın əsas səhmdarı "TOPAZ İNVESTMENTS" QSC Bankın 60 mln. AZN dəyərində olan səhmlərinin yeni emissiyasının birinci hissəsini bütövlüklə alıb. Bu səhmlər cari ilin 30 sentyabr tarixində Bakı Fond Birjasında yerləşdirilmişdir. Beləliklə, NIKOIL | Bank-ın nizamnamə kapitalının artırılmasının birinci mərhələsi başa çatdı. Bunun nəticəsi olaraq NIKOIL | Bank-ın nizamnamə kapitalı 94 mln. 500 min AZN təşkil edir.

90 mln. AZN civarında ikinci tranş, kapitalın 184 mln. 500 min AZN miqdarında artırılmasını nəzərdə tutur. Bu qərar 21 sentyabr 2016-cı il tarixində keçirilən Səhmdarların Ümumi Yığıncağında qəbul olunmuşdur. Bankın majoritar səhmdarı lazımi vəsaitləri banka yerləşdirib və hal-hazırda səhmlərin birja vasitəsilə emissiyası üzərində işlər həyata keçirilir.

Beləliklə, NIKOIL | Bank-ın səhmləri səhmdarlar arasında aşağıdakı şəkildə bölüşdürülüb:

"TOPAZ İNVESTMENTS" QSC - 84,08%
"NİKOİL" QSC - 15,55%
"ISR Holding" MMC - 0,37%

OXŞAR XƏBƏRLƏR