Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibi açıqlanıb.
Ermənistanın hökumət başçısını xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan müşayiət edəcək.
Nümayəndə heyətinin tərkibinə Dövlət Mühafizə Xidmətinin rəhbəri Artur Qasparyan və digər rəsmi şəxslər də daxildir.