Nişandan qayıdan maşın qəza törətdi: yaralılar var
Bütün Xəbərlər
08:57 17.04.2013
921
Bakının Nizami rayonu ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtoqəza Babək prospektində qeydə alınıb. 24 yaşlı Əhmədli Xaqanı Qadir oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə qarşıda hərəkətdə olan Hacıyev Qabil Nəbi oğluna məxsus “Daewoo” markalı digər nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin gücündən “Daewoo” markalı avtomaşın bir neçə dəfə fırlandıqdan sonra yol kənarındakı səkilərə dəyərək dayanıb.