Nişandan sonra dəhşət: bir yaşlı uşaq öldü, 4 nəfər yaralandı

Nişandan sonra dəhşət: bir yaşlı uşaq öldü, 4 nəfər yaralandı
Bütün Xəbərlər
12:05 06.07.2015
1978
Tovuz rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Yolunbulaq kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakinləri "UAZ" markalı avtomobillə Tovuzdan nişan mərasimindən qayıdarkən avtomobil aşıb. Təxminən 40 metr hündürlükdən dərəyə yuvarlanan maşının içərisində olan 6 nəfərdən biri, 2014-cü il təvəllüdlü Elnur Alıyev ölüb, 4 nəfər isə ağır yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR