Nişanlandı, sonra özünü öldürdü - HADİSƏ

Nişanlandı, sonra özünü öldürdü - HADİSƏ
Bütün Xəbərlər
13:11 18.01.2012
1670

Qax rayonunda nişanlı oğlan özünü öldürüb.

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Ləkit Kütüklü kənd sakini, 22 yaşlı Coşqun Rəhimov özünü ağacdan asıb. İşi araşdıran Qax rayon prokurorluğunun müstəntiqi İlqar Səfərov Milli.Az-a açıqlamasında bildirdi ki, mərhumun meyiti dünən səhər saatlarında kənd ərazisindəki meşə zolağında asılmış vəziyyətdə aşkarlanıb. O, özünü bel kəməri ilə ağacdan asıb. Müstəntiqin sözlərinə görə, mərhum 3-4 gün əvvəl nişanlanıbmış. Onun özünə qəsd etməsinin səbəbləri araşdırlır. Faktla bağlı cinayət məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR