Nişanlı qızın sirli ölümü:- son mesajda nə yazılmışdı?

Nişanlı qızın sirli ölümü:-  son mesajda nə yazılmışdı?
Bütün Xəbərlər
16:01 15.09.2015
7118
Göygöl rayonunda nişanlı qızın müəmmalı intiharının səbəbi çözülür.
Rayonun Üçtəpə kəndində 22 yaşlı Xəyalə Mirzəyevanın özünü asması ilə bağlı istintaqçılar maraqlı faktın üzərində işləyirlər.
Mərhumun yaxınları Milli.Az-a bildiriblər ki, X.Mirzəyevanın babasının evində qonaqlıq olub. Sonra hansısa əşya üçün öz evlərinə gəlməli olub. Geri dönməməsindən narahat olan valideynləri evə gələndə Xəyalənin özünü asdığını görüblər.
Nişanlı X.Mirzəyevanın özünü öldürməsinin dəqiq səbəbi bilinməsə də, ilkin ehtimala görə, onun intiharına nişanlısından gələn sms səbəb olub. Xəyalə nişanlısından mesaj alandan sonra özünü öldürüb. Hazırda mərhumun mobil telefonu müstəntiq tərəfindən götürülüb.
Məsələ ilə bağlı Göygöl rayon Prokurorluğundan münasibət öyrənmək mümkün olmadı.
OXŞAR XƏBƏRLƏR