Nişanlısına mesaj yazmış oğlanın qanını tökdü - TƏFƏRRÜAT

Nişanlısına mesaj yazmış oğlanın qanını tökdü - TƏFƏRRÜAT
Bütün Xəbərlər
12:16 11.05.2012
2311

Mayın 9-da Qazax şəhərinin Vidadi küçəsində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, 1992-ci il təvəllüdlü İlqar Sadıqov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

 RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Tural Məmmədov tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, T.Məmmədov Qazax şəhərindən olan bir qızla nişanlıdır. Bir neçə gün əvvəl 20 yaşlı İ.Sadıqovdan onun nişanlısının e-mail ünvanına mesajlar gəlib. Bundan xəbər tutan 27 yaşlı Gəncə sakini məsələni aydınlaşdırmaq üçün Qazaxa gedib və e-mail göndərmiş Turalı tapıb. Gənclər arasındakı söhbət isə yekunda bıçaqlanma ilə başa çatıb. Faktla əlaqədar araşdırmalar davam etdirilir. (lent.az)

OXŞAR XƏBƏRLƏR