22 yaşlı gəncin meyidi Nabran ərazisindəki meşəlikdə asılmış halda tapılıb.
Bu gün səhər saatlarında Xaçmazda daha bir eşq oduna yanan gənc özünü məhəbbətinə qurban verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Nabran ərazisindəki meşəlikdə 1992-ci il təvəllüdlü Şəhriyar Rafiq oğlu Fətəliyevin meyidi asılmış halda tapılıb. Onun meyidini əmisi aşkarlayıb.
Araşdırmalar zamanı gəncin intihar etdiyi məlum olub.
Qeyd edək ki, Şəhriyar Fətəliyev yenicə hərbi xidmətdən qayıdıbmış. Əmisilə birlikdə Nabran ərazisində vəzifəli bir insanın ərazisində nəzarətçi işləyirmiş. Hadisə baş verən zaman Şəhriyar Fətəliyev əmisinin yanında qalıbmış
Mərhumun yaxınları bildiriblər ki, Şəhriyar Fətəliyev 1 il nişanlı olub. 2 ay bundan əvvəl isə qız tərəfindən nişan pozulub. Lakin Şəhriyar Fətəliyev nişanlısını çox sevib və qızdan ayrılmaq istəmirmiş. Lakin qız tərəfi onların qovuşmasına razılıq verməyiblər.
Bu səbəbdən də Şəhriyar Fətəliyevin həyatına qəsd etdiyi bildirilir.
Xaçmaz Prokrorunun böyük köməkçisi Əlibaba Şahverənov da açıqlamasında Şəhriyar Fətəliyevin həqiqətən də nişanlısı ilə ayrılması səbəbindən özünü öldürməsinin ehtimal edildiyini bildirib. Onun sözlərinə görə, Şəhriyar Fətəliyev ağlı başında olan, normal həyat tərzi keçirən gənc olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, Xaçmazda ötən ay da buna oxşar intihar hadisəsi baş vermişdi. İki sevgili ayrılmamaq üçün özlərini öldürmüşdülər.