Nisə Qasımovadan acı etiraf: Şou-biznesdə şeytan insanı aldadır

Nisə Qasımovadan acı etiraf: Şou-biznesdə şeytan insanı aldadır
MAQAZİN
12:01 10.09.2017
3137

"Çox duet təklifi alıram. Amma hər təklifi qəbul etmirəm. Mənim üçün tərəf müqabilinin yaraşıqlı olması önəmli deyil. Oxuyacağımız mahnı mənimlə onun arasında bir bağı göstərməlidir. Bu insanlara mesaj olmalıdır. O tərəf müqabilin tapsam, duet oxuyacam”.

Bu sözləri xalq artisti Nisə Qasımova "Lider maqazin”ə açıqlamasında deyib. 

Müğənni şou-biznesə gəlməkdən peşman olduğunu söyləyib: "Kaş müğənni olmazdım. Məsuliyyətli peşədir. Burada şeytan insanı aldadır, insanın nəfsi ilə oynayırlar. Eh ötən, ömrümdən gedən illər... Həyat mübarizə deməkdir. Bu mübarizədə hər zaman varam. Allah məni dedi-qodulardan, qalmaqaldan uzaq eləsin. Sənətlə bağlı "kaşlarım” çoxdur”.

///axşam.az
OXŞAR XƏBƏRLƏR