‘Nissan’la dərəyə düşdü və öldü

‘Nissan’la dərəyə düşdü və öldü
Bütün Xəbərlər
16:12 18.06.2013
1445

İsmayıllı rayonu, Topçu kəndində vətəndaşa məxsus "NİSSAN X TRAİL" markalı minik avtomobili dərəyə yuvarlanıb.

AZXEBER.COM FHN-in saytına istinadən xəbər verir ki, nəticədə avtomobildə olan sərnişin, 1951-ci il təvəllüdlü Məlikov Məzahir Almaz oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, avtomobilin sahibi və avtomobildəki sərnişinlər müxtəlif bədən xəsarətləri alıblar. Ölən və yaralananlar yanğınsöndürən xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.

OXŞAR XƏBƏRLƏR