Niyə iqtidarı bu qədər ürəkdən müdafiə edib, özünə düşmən qazanırsan?

Niyə iqtidarı bu qədər ürəkdən müdafiə edib, özünə düşmən qazanırsan?
Bütün Xəbərlər
13:30 17.06.2013
1089
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev müəllif yazısı ilə çıxış edib. AZXEBER.COM həmin yazını təqdim edir.Bu haqqda çox danışmışam. Hər nə qədər acı, ağrılı, təəssüfedici olsa da çox danışmışam! Bu gün də danışıram. Sabah da danışacam! Vəziyyət dəyişməyincə danışacam!

Mövzu iqtidaryönlü gənclikdir. İllərdir üzərlərində çox qəribə soyuqqanlıq müşahidə etdiyim, böyük əksəriyyəti təşəbbüssüz olan, özünü cəncələ, əziyyətə, çətinə salmaqla, ən nəhayət “sarı sim”ə toxunmaqla heç arası olmayan gənclik- Təbii ki, söhbət siyasiləşmiş təbəqədən gedir.

Yoxdurlar ortalarda. Əslində varlar. Sadəcə ortalarda deyil, özlərinə məxsus ortamlardadırlar. Qrant denən, anasını ağlatsınlar, pafoslu çıxış denən boş-boş mətnlərlə bərli-bəzəkli otaqlarda cəh-cəh, bəh-bəh vursunlar. Mənasız, gic-gic(ifadəmə görə üzr istəyirəm) tədbirlər denən, gündə yüzünü düzənləsinlər. Amma harda ki, real işə, rəqiblə canlı döyüşə, arqumentli məntiqə, fədakar dirənişə, cəsarətə ehtiyac var – anındaca göyə elə buxarlasınlar ki, ruhun belə inciməsin!

Bu yaxınlarda hakimiyyətin ən üst mərtəbələrə dartıb(zorla) çıxardığı gənclərdən biri bilirsinizmi mənə nə deyir? Deyir, sənin Lider TV də nə işin var? Niyə iqtidarı bu qədər ürəkdən müdafiə edib, özünə düşmən qazanırsan? Niyə mətbuatda bu qədər şövqlə, həvəslə müdafiə edirsən bunları? Nə düşüb sənə? Nəyinə lazımdır? Və... inanın tam səmimi deyirəm-mən bu qorxulu ritorikanı bir tək düşərgəmizdə olan gənclərin deyil, bəzən ağlasığmaz iqtidar mənsublarının da fasında acı-acı seyr etmək məcburiyyətində qalıram. Həm də davamlı şəkildə! Niyə? Çünki həzm edə bilmirlər bizi. Onlar etməli olduğunu biz etdiyimiz üçün həzm edə bilmirlər. Təkəbbürə qapılırlar, qarşısındakını da özləri kimi laqeyd, məsuliyyətsiz etmək üçün yüz oyundan çıxırlar. Amma sonuc olaraq yenə də alınmır ki, alınmır.

Hardadır Azərbaycan gənclərinin üst qurumları, rəhbər şəxsləri? Onların işi sadəcə kvartalda bir dəfə yığışıb bəyənat verməkdən, Azərbaycanın səfalı bölgələrində mənasız tədbirlər keçirməkdənmi ibarətdir? Yoxsa beynəlxalq əməkdaşlıq adı ilə turistik səfərlərə çıxmaqdanmı? Niyə efirlərdə yoxlar? Niyə mətbuatda yoxlar? Niyə bir dəfə hansısa müxalifət nümayəndəsini söz duelinə çağırmırlar, ya da çağırılan yerlərə getmirlər? Niyə təşəbbüskar deyillər? Niyə İlham Əliyevçi olduqlarını sözdə deyil, əməldə sübut etməyə cəhd etmirlər?

Siz bilirsinizmi ki, “Azadlıq”radiosundakı debatların az qala 3-dən birinə 21 yaşlı, hələ tələbə olan Fərid Şahbazlı gedir? Onunmu borcudur bu yükün altına girmək? Və ya, o gün ANS-in efirinə baxıram, bu dəfə bir başqa 21 yaşlı gənc-Hacıbəy Heydərli hakimiyyət uğruna növbəti fədakarlığı edir. Etsin! Eşq olsun. Hər ikisinə eşq olsun. Amma qocaman gənclərə də görk olsun! Baxıb utansınlar. Utanmaqları bir yana, barı o dəyərli gənclərin qarşısında yekə-yekə məsləhət verməkdən çəkinsinlər. Onlardan öyrənsinlər. Eyni zamanda anlasınlar ki, bu ölkədə öz yolunu kişi kimi müdafiə edən və əsl İlham Əliyevçi olacaq gənclər kimlərdir!

100 dəfə demişəm, bu da 101-ci olsun. Siyasət ağır menyudur, onu hər kəs qida rasionuna daxil edə bilməz. Daxil etsə belə həzmə verməyi çətin, mümkünsüz olar. Bu meydan sadəcə istedadlılar üçün keçərlidir, orada bacı oğullarına, əmi nəvələrnə, dayı dostlarına yer yoxdur. Orada ümumiyyətlə yararsız olan, siyasətin təyinatına uyğun gəlməyən kimsəyə yer yoxdur! Necə ki, bu gün mənə yüz milyon belə vermiş olsalar yenə gedib hansısa xəstəxanada ürək əməliyyatına girə bilmərəm-çünki cərrah deyil, hüquqşünasam, eləcə də istedadsız adama on illərlə də maya qoysan yenə getdiyi yolun anlamını, dəyərini, mənasını anlamaqda çətinlik çəkəcək!

Odur ki, elə bu əsnada üzümü həmin“solo siyasətşünaslar”a tutub səslənirəm: Sadəcə mane olub, ayağımıza dolaşmayın, yetər. Zatən sizlərin susqunluğunu, qorxaqlığını zaman-zaman kompensasiya etməkdən yorulduq, bezdik. Fəqət içimizdə daima dolaşan çox inadkar bir hiss bu şərəfli yoldan usanmamağa sövq etdi bizi! “Yola davam”-dedi...

Bundan belə də İlham Əliyev yolundan, əsl Azərbaycançılıq yolundan dönsək nakişiyik!

İçimizdəki nakişiləri yerində oturtmasaq isə“duble” nakişiyik!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq
16:07 24.08.2025
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
15:57 24.08.2025
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
15:53 24.08.2025
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
15:49 24.08.2025
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
Kürdəmirdə yol qəzası olub, ölən var
15:43 24.08.2025
Kürdəmirdə yol qəzası olub, ölən var
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir