“Niyə susursan, İsa Qəmbər?!” - Fuad Qəhrəmanlı

SİYASƏT
13:28 14.01.2014
1344

Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat başqanı İsa Qəmbəri “topa tutdu”.

AZXEBER.COM xəbər verir ki, F.Qəhrəmanlı özünün Facebook səhifəsində “Niyə susursan, İsa Qəmbər?!” başlığı ilə paylaşdığı statusda Müsavat başqanını ən müxtəlif məsələlərdə ittiham edib:“Çox əsəbidilər, qəzəbləniblər. Çünki belə gözləmirdilər. İş üstündə yaxalanıblar.Dediklərimiz çox böyük rezonans doğurdu, ziyalılar, demokratik düşərgənin tanınmış adları bu xəyanətə görə onları qınadılar.

Bu proses başlayandan Müsavat başqanı İsa Qəmbər susur, baş verənlərə münasibət bildirməməyə çalışır. Çünki ortalıqda çirkin bir siyasi alver məsələsinin söz konusu olduğunu görüb özünü, reputasiyasını təmiz saxlamağa çalışır.

Ancaq bu, mümkün deyil, İsa bəy! Axı biz bu işlərin əvvəlindən bir çox şeyləri bilirik. İsa bəy, niyə danışmırsınız? Milli Şuranı nədən tərk etdiyiniz haqda suallara niyə çıxıb cavab vermirsiniz?

2003-cü ildə sadə müsavatçıları meydanda başsız qoyub 40 gün evinizdən çölə çıxmadınız, 2005-ci ildə mitinqçiləri, Əli Kərimlini, Lalə Şövkəti meydanda qoyub, arxa tərəfdən getdiniz.

Hə, indi bunları yada salıb, gərgin məqamlarda ortalıqda görünməmək kimi bir adətinizin olduğunu xatırladım. Yaxşı ki, bütün kartlar açıldı. Yəqin, içində olduğunuz oyunları nəzərdə tutub demişdiniz ki, “bu il bir çox maskalar cırılacaq”.

Buyurun, İsa bəy, indi sizin həqiqətinizi hər kəs görür, daha susmağa ehtiyac yoxdur. Bəlkə də, İsa bəy, insan kimi sizi başa düşmək olar, yaşlanmısınız, Müsavat partiyasının yerli təşkilatlarının əksəriyyəti dağılıb, vaxtilə ətrafınızda olmuş insanların çoxu bu gün sizi tərk edib.

İndi ömrünüzün siyasətdən sonrakı dövrləri üçün özünüzə “gün ağlamaq” qayğıları ilə yaşayırsınız. Ancaq, İsa bəy, susmayın, daha xeyri yoxdur...”

OXŞAR XƏBƏRLƏR