‘Nizami Ələkbərov sıradan çıxarılası bir insan deyil’ – Baba Vəziroğlu

‘Nizami Ələkbərov sıradan çıxarılası bir insan deyil’ –  Baba Vəziroğlu
13:15 15.02.2013
2719

“Yəqin ki, Mirdaməd müəllim cənab prezidentin ona göstərdiyi etimadı doğruldacaq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında şair Baba Vəziroğlu, ötən gün Azərbaycan prezidenti İlham Əliyevin Mirdaməd Sadıqovu İsmayıllı rayonunun icra başçısı təyin etməsinə münasibət bildirərkən söyləyib. Baba Vəziroğlu bir ismayıllılı kimi Mirdaməd Sadıqovun icra başçısı təyin olunmasına sevindiyini bildirib:

“Mən Mirdaməd müəllimi uzun illərdir ki tanıyıram. Kənd təsərrüfatı sahəsində və iqtisadiyyat sahəsində əvəzsiz xidmətləri olan bir ziyalımızdır. Onun nəsli Lahıcda tanınan nəsildir. Ona görə də ot öz kökü üstündə bitər. Yəqin ki, Mirdaməd müəllim cənab prezidentin ona göstərdiyi etimadı doğruldacaq. Necə ki, Aqrar Universitetdə o bunu edə bilmişdi”.

Baba Vəziroğlu eyni zamanda keçmiş icra başçısı Nizami Ələkbərov haqqında da danışıb. Əməkdar incəsənət xadimi Nizami Ələkbərovun cəmiyyətdə layiqli bir yer tutacağına inandığını söyləyib:

“Nizami müəllim çox ziyalı bir insandır. Yəqin ki, o bizim cəmiyyətimizdə öz layiqli yerini tutacaq. Nizami Ələkbərov sıradan çıxarılası bir insan deyil. O vətənpərvər, dövlətini və millətini sevən bir şəxsdir. Bir daha təkrar edirəm ki, o bizim cəmiyyətimizdə nə vaxtsa layiqli yerini tutacaq”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR