Nizami polisi rayon ərazisində yerləşən ərzaq dükanlarının birindən oğurluq edən şəxsi yaxalayaraq həbs edib. Əməliyyat tədbirlərini Nizami rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməliyyatçıları həyata keçirib. Məlumata görə, polisin şübhəli şəxs qismində saxladığı 20 yaşlı Mustafayev Taleh Telman oğlu oğurluq əməlini Elvin adlı tanışı ilə planlaşdırıb.Ənənəvi olaraq törətdikləri oğurluq əməlinə maddi ehtiyac donu geyindirən bu gənclərin başı əldə etdikləri qəniməti ata malı kimi yarı bölməyə qarışdığı bir vaxtda polis onların başının üstünü alıb. Ancaq Taleh tutulsa da, Elvin hələlik qaçmağı bacarıb.Saxlanılan Taleh Mustafayev mağazadan siqaret, kontur, kompüter və bir az nəğd pul götürdüklərini deyib.Nizami RPİ-nin baş müstəntiqi Ramil Əliyev oğrunun bəsitliklə sıraladığı oğurluq əşyalarına aydınlıq gətirib: “1300 manatlıq kompüter, 100 manatlıq siqaret, 200 manatlıq kontur, bir də 129 manat nağd pul götürüblər”.