Bakının Xətai rayonu, Nobel prospektində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Məlumata görə, Babayev Emin Arif oğlunun idarə etdiyi nəqliyyat nazirliyinə məxsus London taksi markalı avtomobil həmin ünvanda yolu keçmək istəyən piyada Məmmədov Rəvan Bəşir oğlunu vurub. Yaralı dərhal hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.
Hadisənin səbəblərini Xətai polisi araşdırır. Sürücü Emin Babayev ifadəsinin alınması üçün polis idarəsinə dəvət olunub.
Qeyd edək ki, onun idarə etdiyi avtomaşın paytaxtda fəaliyyət göstərən London taksi markalı avtomobillərə nəzarət xidmətini icra edirmiş. Faktla bağlı araşdırmalar aparılır.