Xətai rayonunun Nobel prospektində yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 8-də saat 23 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Elvin Verdiyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub.
Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.