Finlandiyanın Salo şəhərində yerləşən "Nokia" şirkətinin mobil telefon istehsalı üzrə fabriki bu ilin sentyabrında işini dayandıracaq. Müəssisə "Nokia"nın Finlandiyadakı yeganə istehsalat sahəsidir və son telefon aparatı burada iyulun 25-də buraxılıb. İstehsalın dayandırılması nəticəsində 780 nəfər işdən azad ediləcək. Lenta-nın məlumatına görə, şirkət işdən azad ediləcək əməkdaşlarına xüsusi dəstək proqramını təklif etmək niyyətindədir.