Norveç səfiri "Starlink" peyklərinə görə İran XİN-ə çağırılıb

Norveç səfiri "Starlink" peyklərinə görə İran XİN-ə çağırılıb
DÜNYA
08:27 05.10.2026
195
Norveçin Tehrandakı səfiri Paal Byornestad İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Fars" agentliyi xəbər verir ki, buna səbəb "Starlink" peyklərinin İran ərazisində istifadəsi olub.

Qeyd edilib ki, ABŞ və İsrailin İrana qarşı "Starlink" peyk internetindən istifadə etdiyi səfirin diqqətinə çatdırılıb.

Byornestada bildirlib ki, Beynəlxalq Telekommunikasiya İttifaqında "Starlink" şəbəkəsini qeydiyyata alan ölkə kimi Norveç bu sistemin İran ərazisinə icazəsiz ötürmələrinin qarşısını almağa borcludur.

"İran Norveç hökumətindən İranın suverenliyini və milli təhlükəsizliyini pozan fəaliyyətlərə son qoymaq üçün təcili və effektiv tədbir görməsini tələb edib", - agentlikdən vurğulanıb.
 
///report///
OXŞAR XƏBƏRLƏR