xari

Norveçlə oyundan əvvəl k örpüdən yıxılan Nahidə təcili qan lazımdır

SOSİAL
04:00 01.01.1970
837
DÇ-2018-in seçmə mərhələsində keçirilən Azərbaycan - Norveç matçından öncə Bakı Olimpiya Stadionuna getmək istəyərkən körpüdən yıxılaraq ağır xəsarətlər alan Zahidov Nahidin durumu ağır olaraq qalır.
 
AZXEBER.COM-a bu barədə xəstənin yaxınları məluma verib. Onun səhər saatlarında vəziyyəti daha da ağırlaşıb. Bizə verilən məlumata görə, xəsarət alan azarkeşin I qrup qana ehtiyacı var.
 
Azarkeşimizə həyatda qalması üçün qan vermək istəyənlər (+994) 50 354 05 67 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
 
Qeyd edək ki, Nahid qara ciyərin cırılması, dalağın partlaması, sidik kisəsinin cırılmas, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı diaqnozu ilə 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR