Nostradamusdan 2018-lə bağlı şok proqnozlar: "Bu ölkənin rəhbəri dünyanı bir-birinə vuracaq"

Nostradamusdan 2018-lə bağlı şok proqnozlar: "Bu ölkənin rəhbəri dünyanı bir-birinə vuracaq"
DÜNYA
17:33 17.01.2018
6935

Öncəgörücünün "Proqnozlar” kitabında 2018-ci il barədə nələr yazılıb...


Nostradamus təxəllüslü, yəhudi əsilli Mişel de Notrdamın suya baxaraq söylədiyi öncəgörmələrin əksəriyyəti bu gün də doğru çıxmaqda davam edir.

Nostradamusun dünya ağalığına can atan diktatorlar barəsindəki öncəgörmələri də zaman-zaman özünün həqiqiliyini sübut edib.

AZXEBER.COM Musavat.com-a istinadənöncəgörücünün 2018-ci illə bağlı proqnozlarını təqdim edir.

 

Həddən artıq cürətkar və ağlına nə gəldi edən prezident...


Nostadamusun hələ 400 il bundan öncə Trampın ABŞ prezidenti olacağını gördüyünü və bunu öz əsərlərində yazdığını bilirdinizmi?


O zaman öncəgörücünün Trampın prezidentlik müddətində nələr edəcəyi haqda fikirlərinə nəzər salaq:


Nostadamus qeyd edib ki, 2018-ci ildə Amerika olduğu təxmin edilən ölkəyə rəhbərlik edən şəxsin utanma duyğusu olmayacaq. Həddən artıq cürətkar və ağlına nə gəldi edən bu rəhbər şəxs, Amerikanı yeni bir sürəcə aparacaq. Ayrıca, Amerikaya rəhbərlik edəçək olan bu şəxsin, yəni Trampın qiyaməti gətirəcək insan olduğu da onun iddiaları arasındadır.


Nostadamusun Tramp və Amerika haqqındakı proqnozlarının nə qədərinin gerçək, nə qədərinin isə yalan olduğunu bizə zaman göstərəcək. Lakin onun əvvəlki proqnozlarının əksəriyyətinin doğru çıxması bizləri düşünməyə sövq edir.


 

3-cü dünya savaşı...


Nostadamus öz əsərində 2018-ci ilin 3-cü dünya savaşının başlaması baxımından kritik bir il olacağını iddia edib. Onun proqnozlarına görə, 3-cü dünya savaşı ilk olaraq Fransada başlayacaq və oradan da dünyanın dörd bir tərəfinə yayılacaq.


 

Fransada, Parisdə ötən illərdə həyata keçirilən terror hücumları bu proqnozların gerçək olma ehtimalını bir az da artırır.


Bundan başqa, Nostradamus kitabında Roma şəhərinin yerləbir olacağını və dünyanın şeytanın uşağı olduğu düşünülən, İsanın yolunda gedənlərə düşmən olan Dəccalın idarəsi altına keçəcəyini də qeyd edib.


Bütün dünyada hökm sürən xaos və savaş mühiti 2025-ci ilə qədər davam edəcək. 2025-ci ildə az da olsa, barış əldə ediləcək.


"Dünyanın hər yerinə hakim olan bu çətin durumdan çox az adam sağ çıxacaq”- deyə vurğulayan Nostradamusun bu sözlərinə diqqət yetirsək, 3-cü dünya savaşında nüvə silahından istifadə ediləcəyi qənaətinə gəlmək olar.


 

Zəlzələlər, yanğınlar, sellər...


Nostradamusa görə, 2018-ci ilin sonlarında dünyanı zəlzələ, yanğın və sel kimi fəlakətlər gözləyir. Sözügedən ildə planetimizin demək olar ki, hər bir nöqtəsində şiddətli zəlzələlər olacaq və bunun nəticəsində xeyli insan öləcək.


 

Öncəgörücü bundan başqa qeyd edib ki, 2018-ci ildə qlobal istiləşmə artacaq və ozon qatı daha da genişlənməkdə davam edəcək. Bu da yanğın və sellərin artmasına gətirib çıxaracaq. Okeanların dibində gerçəkləşən partlayışlar səbəbilə böyük sunamilərin olacağı da kitabda qeyd edilib.

 

Yanardağ partlayışı...


Partlayışlardan və təbii fəlakətlərdən bəhs etmişkən, Nostradamusun 2018-ci illə bağlı söylədiyi ən böyük təbii fəlakətə də nəzər salaq. Miladdan sonra 79-cü ildə partlayaraq İtaliyanın Pompey şəhərini yerləbir edən Vezüv yanardağının aktivləşəcəyi və yenidən partlayacağı da Nostradamusun 2018-ci il barədə verdiyi proqnozların arasındadır.


Kitabda yazılana görə, bu partlamalar nəticəsində 6000 insan həyatını itirəcək, əraziyə yaxın şəhərlər yerləbir olacaq.


 

Qlobal iqtisadi böhran...


Nostaradamusun "Proqnozlar” kitabında yer alan "zənginlər ölüb-ölüb, diriləcək” cümləsi günümüzün araşdırmaçıları tərəfindən 3-cü dünya müharibəsindən sonra qlobal iqtisadi böhranın başlayacağına işarə kimi yozulur. Nəticəyə baxarsaq, öncəgörücünün iddiasına görə, bu iqtisadi böhran 2018-ci ildən başlayacaq. Buna ən böyük səbəbi verən insanın isə ABŞ prezidenti Trampın olacağı iddia edilir. Böhranın ABŞ-ın Rusiya və Çinlə münasibətlərinin pozulmasından sonra başlayacağı bildirilir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
15:01 03.03.2026
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu