Novruz ənənələrimiz niyə unudulur?

KÖŞƏ
10:22 21.03.2011
3698

 

 Novruz xalqımızın ən əziz bayramıdır. Əgər ruslarda 31 dekabr təzə ilin başlanğıcı hesab olunursa, bizdə də Novruztəzə ilə keçid bayramı hesab olunur. Yazın gəlişi, təbiətin oyanışı, havanın isinməsi kimi əlamətlər insanlarda qanın coşmasına, əhval ruhiyyələrin müsbət yöndə dəyişməsinə şərait yaradır. Artıq 4 çərşənbəni geridə qoyduq. Hər bizimiz ayrıca qeyd etdik, ailəvi, bir az da qohum-qonşuya qarışdıq.Ancaq, əvvəlki cümlədə bir azda sözünü təsadüfən işlətmədim. Nədənsə, bunca yazılanlara, efirdə təqdim olunmalara rağmən Novruz bayramı əvvəlki ənənələrə uyğun qeyd olunmur. Bu ənənənlərə nisbətən bölgələrimizin camaatı riyayət edir, bəs maraqlıdı, şəhərdə Novruz ab-havası niyə hiss olunmur? Rəngli plakatlar kifayət etmir. Yəqin ki, mənimlə razılaşarsınızı ki, əvvəllər Novruz şirniyyatlarını hər kəs öz evində bişirərdi. Şəkərburanın, qoğalın, paxlavanın xoş ətri ətrafı elə brürüyərdi ki, bu şirinlik və təbiilik bizə gələn Novruza qədər bəs edərdi. Amma indi əksər ailələr Novruz şirniyyatlarını öz evlərində deyil, şirniyyat evlərindən almağa üstnülük verirlər. Yəni o xoş qoxunu duymaq ancaq şirniyyat bişirilən yerlərin yanından keçərkən bizə nəsib olur. Doğrusu, Novruz şirniyyatlarından ən çox qoğalı sevirəm, amma yenə də adət adətdi. Son iki ildi, nədənsə bizim evdə də yeni “müasir can rahatlığı ənənəsi” davam etməkdədir

Şirniyyatlar bir yana bəs Novruz oyunlarımız hanı? Kosa-kosa, Qodu-qodu, pəhləvan savaşı, kəndirbazların min bir oyunu, və s. Tutaq ki, xoruz döyüşdürməyi çıxdıq, axı şəhərdə xoruz nə gəzir? Olan-qalan da hamısı broylerdi, o da bizim işimizə yaramır. Son zamanlar ki, bayram qeyd etməmiz bu tip standart rejimlərdən ibarətdir:Yeməkləri süfrəyə gətiririk, doyunca yeyib-içəndən sonra, otururuq televizorun qabağında ay öncəsi çəkilmiş Novruza həsr olunmuş materialları izləyrik. Halbuki, onun əvəzində yeməyimizi həzm etmək məqsədiylə də olsa qohum-qonşuları yada salmaq daha məqsədəuyğun olardı.

Tonqal adətmizə də toxunaq, “Kitab-i Dədə Qorqud” dastanından bu günə tonqal ənənsi davam etməkdədir. Kən yerlərində hündür tonqal qalanır, kənd camaatı tonqalın ətrafında toplanardı. Hər kəs azar-bezarını tonqalda yandırıb, təzə ilə təmiz çıxmaq məqsədilə tonqalın üzərindən tullanırlar. Bəziləri ağırlığımla bərabər uğurluğum da tonqalda yansın deyir. Diqqət, çalışın o ifadəni işlətməyin. Məgər öz uğurunuzdan bezmisiniz?

Bəs şəhərdə vəziyyət necədi? Əvvəllər bu ənənə olsa da daha qadağan olunub. İndi bir çox yerlərində tonqal qalamaq üçün maşın təkərindən istifadə olunur. Qiyamət mənzərə, tüstü şəhəri bürüyür, nəfəs kəsilir, yanmış rezin qoxusu da adamı “məst edir”. Odur ki, bu qadağadan sonra şəhər cammaatı Novruzda tonqal ənənəsinə həsrətdirlər.

Keçək papaq atma əməliyyatına. Papaq atma ənənlərimiz də müasirləşir. Əvvəllər bu ənənə insana zövqverirci, daha mədəni idi. Amma bir amması var. Şəhər cammatı bir yana kənd cammatında bu ənənədə bir az problem var. Əksər yerlərdə evin qapısı dəmirdədi, bizdəi də. Həyətin qapısına papaq atanda hiss olunmur deyə papaqçı qonaqlarımız daha müasir varianta əl atıblar. Cəlil Məmmədquluzadə demiş tərəqinin bu qədəri olmaz. Üzləri görünməsin deyə papaq atanlar papağın içinə xırda çəkili daşlar qoyub atırlar düz evin qapısına. Bayram əhvalını pozmamağa çlışırsan ki, daşdı papaq dəmir qapıda necə cingildəyirsə, olan-qalan bayram həvəsin də ölür. Həmin anda “xoş sözlər” dilinə gəlməsin deyə özünü zorla saxlayırsan. Axı, bayramdı.

Qulaq falımız daha da adiləşib qulaq falına çıxan qızlar, bir niyyət tutub qapı pusmağa gedir, seçdiyi qapıda xoşagəlməz söz eşidəndə. daha əhvallarını korlamırlar, həmin niyyəti tutub ta ki yaxşı söz eşidənə qədər qapıqapı gəzirlər. Bu doğru əlamət deyil Bu qapı pusma inanc belə olsa, gerçəyə yaxındır. Ali məktəbə sənəd verəcyim il mən də universiteti niyyət edib qapı pusmağa getdim. Eşitdiklərim bu oldu. “Səbinə, qızım kanalı çevir “XXXXX”-ə. Səbinə isə -Ay, mama, bunlar fonoqram oxuyur ya canlı?”- deyə soruşdu.O zaman fikirləşdim ki yəqin müğənni olcam, bir az da muğamat havası oxuya bilirəm, axı.Uzun sözün qısası həmin il BDU-nun Jurnalistika fakültəsinə daxil oldum. Amma qulaq pusmaya bu il getmədim.Bilmək olmaz ürəyimcə olmayan bir söz eşitsəm təsirində çox qalaram deyə düşünürəm.

Keçən ilə qədər,qonşulara bayram payı vermək ənəni var idi. Daha o da yoxdu. Bu adətlər niyə belə azalır, niyə getdikcə Novruz ənənələrinə biganə yanaşırıq? Hər şey orta və yaşlı nəslin nümayəndələrinin məsulliyyətinə aiddir. Belə olmaz, vallah-qardaş-bacılarım, nənə-babalarım bu cür davam etsə yaxın gələcəkdə Ermənistan camaatı bu bayramı da özəlləşdirməyə keçəcəklər. Gəlin bizə məxsus olana vaxtında, zamanında sahib çıxaq ki, sonra gec olmasın.

P.S. Milli olanımızı özümüzdə saxlayaq ki, əlimizdən çıxmasın. Sonda bir arzum var: “Uca Allah bu bayramı bizə çox görməsin. Neçə belə bayramlara əzizlərim.

 Dürrə  HƏSƏN

 

OXŞAR XƏBƏRLƏR