Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir.
AZXEBER.COM-un məlumatına görə, tədqiqatçılar Novruz bayramının məhz yaxın şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayr-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (Əfsanəvi İRAN şahları Kəyumərs (Avestada Qaye Mərdan) Cəmşid və başqaları) aıd ilə bağlamağa çalışmışlar. İslam dini və yaxın şərq və orta asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət ənələrinin bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar. Orta əsr müəllifləri şərq ölkələrində İslam dini yazıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk (XI əsr) “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirlən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik şərq o cümlədən, Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şerlərdə də təsvir və tərənnüm edilir.
Ozal İbrahimli