Novruz Məmmədov: ''Human Rights Watch' təşkilatının Azərbaycanla bağlı hesabatı qərəzliliyi və məkrliliyi ilə seçilir'

Novruz Məmmədov:
SİYASƏT
13:40 05.09.2013
1412

AZXEBER.COM Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Newtimes.az portalına müsahibəsini təqdim edir: 

– Novruz müəllim, "Human Rights Watch'' təşkilatı yeni hesabatla çıxış edib. Hesabatda Azərbaycanla bağlı bir sıra qərəzli məqamlar yer alıb. Bu haqda fikirlərinizi oxucularımızla bölüşməyinizi xahiş edirik.

–"Human Rights Watch'' beynəlxalq qeyri-hökumət təşkilatının Azərbaycanla bağlı 100 səhifəlik hesabatı hər zamankı kimi qərəzliliyi və məkrliliyi ilə seçilir. Bu təşkilatın Azərbaycanda prezident seçkisinə təxminən bir ay qalmış belə bir hesabat yayması isə qaranlıq məqamlardan xəbər verir.

Təsadüfi deyildir ki, hesabatın dünyanın bəzi aparıcı KİV-lərində də işıqlandırılmasına səy göstərilmişdir. Burada da niyyət aydındır.

Hər kəsə bəllidir ki beynəlxalq QHT-lər heç vaxt müstəqil olmurlar və onlar hər zaman maliyyə cəhətdən asılı olduqları qurumların sifarişlərini yerinə yetirirlər. Eyni zamanda bu gün bu cür təşkilatların adlarının maliyyə fırıldaqlarında, bəzi ölkələrdə iğtişaşların törədilməsində hallanması da dünya ictimaiyyətinə yaxşı məlumdur.

Son dövrlər beynəlxalq aləmdə gedən prosesləri təhlil edərkən dünya dövlətlərində bəzi dairələrin atdığı addımlar xarakter və niyyəti baxımından heç bir məntiqi çərçivəyə sığmır.

"Human Rights Watch'' Azərbaycanda qaçqınlar və onların hüquqlarının pozulması haqqında bu 20 ildən artıq bir dövrdə heç olmasa bir ədalətli material hazırlayıb təqdim etmiş olsaydı, onda bəlkə də bu təşkilatın qərəzli olmadığına inanmaq olardı. Amma təəssüf ki, belə deyil.

Bir sözlə, bu tip təşkilatlar həmişə təlimatla işləyib, onların qarşısında qoyulmuş vəzifələri yerinə yetirməyə xidmət edirlər. Yəni siyasi sifarişlə işlədiklərini bütün dünya bilir. Özəl danışıqlarda heç bunu təkzib də etmirlər. İndi isə seçki ərəfəsində bir milyon köçkün və qaçqını unudub o biri QHT-lərə qoşularaq geridə qalmamaq üçün özlərini göstərməyə çalışırlar.

Təəssüflər olsun ki, özlərini artıq geosiyasi oyunların piyadaları yox, fiqurları hesab edən belə QHT-lər hələ də anlaya bilmirlər ki, onların vaxtaşırı və növbə ilə nümayiş etdirdikləri qərəzli mövqelər bumeranqa çevrilərək yavaş-yavaş özlərinə təhlükə yaradacaqdır. Amma bunu başa düşmək pis olmaz, yoxsa gec ola bilər.

Azərbaycan dövlətinin günü-gündən inkişaf etməsini, əhalisinin rifahının yüksəlməsini, ölkədə əmin-amanlığın hökm sürməsini və dövlətin rəhbərliyinin xalqın maraqlarına uyğun müstəqil siyasət yeritməsini bir çox xarici qurumlar, eləcə də onların təsirində olan daxili destruktiv qüvvələr həzm edə bilmir.

Azərbaycan hər zaman demokratiya, insan hüquqları, vətəndaş cəmiyyətinin inkişafı kimi məsələlərə həssas yanaşmışdır. Buna görə də hesabatda yazılanlar Azərbaycan reallıqlarını əks etdirmir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq