Novruz Məmmədov müharibəni istisna etmir - MÜSAHİBƏ

SİYASƏT
16:15 28.01.2014
1430

Prezident Administrasiyası (PA) rəhbərinin müavini və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsini təqdim edirik:

- Novruz müəllim, son bir neçə gündə, xüsusilə, Davos Forumu günlərində, Ermənistan-Azərbaycan cəbhəsində yenidən gərginlik, qanlı döyüşlər baş verməkdədir.

Demək olar ki, təcavüzkar və işğalçı ölkənin hərbi birləşmələri tərəfindən hər gün atəşkəs pozulmaqda, itkilər yaşanmaqdadır. Sizcə, bu nəyin işarətidir? Eyni zamanda, atəşkəs davamlı şəkildə pozulmaqda davam edərsə, proseslər hansı məcraya yönələ bilər?- Bir müddət öncə bununla bağlı azacıq da olsa, bir eyham, işarə vurmuşdum. Ötən ilin sonlarında Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçiriləndə əgər buna fikir verdinizsə, Ermənistan tərəfi özünü çox konstruktiv, xoşməramlı göstərirdi. O zaman mən mətbuata da demişdim ki, iki ildən artıq bir müddət idi ki, prezidentlər arasında görüş keçirilmir, danışıqlar demək olar ki, dayanmışdı. Bu isə beynəlxalq ictimaiyyətdə, aləmdə hansı fikri formalaşdıra bilərdi?Bu o fikri formalaşdırardı ki, Ermənistan tərəfi danışıqlarda konstruktiv mövqe tutmur, münaqişənin ədalətli həll olunması üçün addımlar atmır. Ermənistan tərəfi də bunu görürdü, bilirdi və başa düşürdü. Ona görə də uzun müddətdən sonra belə bir görüş baş tutdu vəErmənistan tərəfi də həmin görüşdə özünü açıq-aydın xoşməramlı göstərməyə çalışırdı. Amma siz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin tarixinə nəzər salsanız, görərsiniz ki, Ermənistan tərəfi belə addımları tez-tez atır və ondan bir qədər sonra başqa bir addımı atır.Birincisi, bu addımları niyə atır? Ermənistan tərəfi daim müəyyən dövrdən sonra dünya ictimaiyyətində danışıqlar prosesində özünün xoşməramlı olmasını nümayiş etdirməyə çalışır. Yəni, beynəlxalq ictimaiyyəti arxayın etməyə cəhd göstərir.Beynəlxalq ictimaiyyət də bir məlumatı, mesajı aldılar, düşünürlər ki, hə, Ermənistan yəqin ki, xoşməramlıdır, görürsünüz, danışıqlara getdi, görüşdü və sair.Amma ondan sonra Ermənistana artıq bəhanə lazımdır ki, danışıqlar prosesinin real bir istiqamətdə, münaqişənin həllinə aparan formada getməsinə mane olsun.Bax, bu, onların əslində həm səhvidir, həm də fəlakətlidir.Ermənistan rəhbərləri açıq-aydın başa düşməlidirlər. Əgər onlar bunu başa düşməsələr, deməli, öz missiyalarını yerinə yetirə bilmirlər. Bu, 20 ildən artıq müddət ərzində indiyə qədər bax bu yolla tutduqları mövqeləri Ermənistanı hansı vəziyyətə gətirib çıxarıb, hamıya daməlumdur.Bundan sonra münaqişə nə qədər tez həll olunarsa, bu, Ermənistanın bir dövlət kimi dünyada gedən proseslərə qovuşmasına yaxşı şərait yaradar.Yoxsa, başqa hansı addımları atır-atsın, Ermənistan həmişə belə təcrid olunmuş vəziyyətdə qalacaq.Qeyd etdiyim kimi də, onların ən böyük səhvləri bundan ibarətdir ki, bunu başa düşə-düşə ancaq konstruktiv addım atmaq istəmirlər. Beləliklə də yenidən münaqişənin uzanması üçün provakasiya xarakterli addımlar atırlar ki, dünyaya çatdırsınlar ki, görürsünüz, biz danışıqlara gedirik, biz danışmaq istəyirik, amma Azərbaycan tərəfi bunu istəmir, münaqişənin həlində ədalətli mövqe tutmur və sair...- Yəni, bununla bir növ Azərbaycanın üstünə həm də bir məsuliyyət qoymağa çalışırlar...- Tamamilə, doğrudur. Onlar Azərbaycanın üstünə məsuliyyət qoymağa çalışırlar ki, münaqişənin həlli prosesində guya qeyri-konstruktiv addımları Azərbaycan tərəfi atır. Amma dünya ictimaiyyəti də bilməlidir ki, Azərbaycan münaqişənin ədalətli, beynəlxalq hüquq çərçivəsində həlli üçün hər bir şeyi etməyə hazırdır və bu fəaliyyətində də, bu niyyətində də səmimidir. Bizim tərəfdən heç birproblem yoxdur.Sadəcə, beynəlxalq ictimaiyyət də, maraqlı tərəflər də bax bu məqamı görüb Ermənistana təzyiq göstərməlidirlər. Bundan ötrü də xüsusilə, həmsədrlər, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər Ermənistan tərəfi ilə ciddi danışıqlar aparmalıdırlar. Bu istiqamətdə Azərbaycanprezidenti İlham Əliyev Davos Forumunun gedişində Fransanın xarici işlər nazirini də qəbul etdiyi zaman geniş fikir mübadiləsi apardı və münaqişənin həlli ilə bağlı Azərbaycanın konkret mövqeyini bir daha Fransa tərəfinə, yəni, onun xarici işlər nazirinə çatdırdı.Son olaraq, mənim mövqeyim bundan ibarətdir ki, Ermənistan tərəfi yenə də özlərinin sevdiyi, indiyə qədər istifadə etdikləri metoda əl atırlar. Yəni, danışıqlara başlamağa bir-iki, üç-beş gün qalmış təxribat əməllərinə, atəşkəsi pozmağa çalışırlar. Bu isə qeyd etdiyim kimi, onlar tərəfindən həddindən artıq çox işlədilmiş fənddir.- Sizcə, yaxın günlərdə ikinci Qarabağ savaşı başlaya bilərmi?- Nəzəri cəhətdən hər bir şey mümkündür. Çünki Azərbaycan münaqişənin sülh yolu ilə beynəlxalq çərçivədə həll edilməsi üçün bütün səylərini ortaya qoymağa söz verib. Amma bu o demək deyil ki, Azərbaycan öz torpaqlarının daim bax belə provokasiya xarakterli addımlarla işğal altında qalmasına razı olacaq. Bu, heç vaxt olmayacaq.Ona görə də nəzəri cəhətdən Azərbaycanın öz ərazilərini azad etməsi üçün bütün addımları atmağa imkanı da var, hüququ da var. Yəni, hərb variantı da nəzəri cəhətdən mümkündür.AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR