Bu barədə məlumat TQDK-nın mətbuat xidmətindən verilib. Məlumata görə, tədbirdə TQDK tərəfindən nəşr olunmuş "Abituriyent ” jurnalının I sayında təqdim olunmuş tarix fənni üzrə dərsliklərdə yol verilmiş səhvlər müzakirə edilib.Tədbirdə TN-nin şöbə müdiri Faiq Şahbazlı, TQDK-nın böyük məsləhətçisi Nərminə Məmmədova, dərslik müəllifləri və ekspertlər iştirak ediblər.Görüşün sonunda dərslik müəllifləri tarix dərsliklərində yol verilmiş səhvlərin növbəti nəşrlər zamanı aradan qaldırılacağını bildiriblər.