Novruzun ilk çərşənbəsinin vaxtı açıqlandı

Novruzun ilk çərşənbəsinin vaxtı açıqlandı
Bütün Xəbərlər
16:53 18.02.2013
1709

Azərbaycan ərazisində baharın gəlişi martın 20-si saat 15:02 radələrində baş verəcək

Bahar Azərbaycana martın 20-si Bakı vaxtı ilə təxminən saat 15:02 radələrində qədəm qoyacaq. AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, 2013-cü ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 15:02 radələrində baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin verdiyi məlumata görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaqdır. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaqdır. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir. Martın 19-u Azərbaycanda axır çərşənbə, fevralın 26-sı isə ilk çərşənbədir.

OXŞAR XƏBƏRLƏR