Novxanıda qadın dənizdə boğuldu - VİDEO

SOSİAL
16:51 10.08.2020
5735
Novxanıda Xəzər dənizində boğulma hadisəsi olub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Şahidlərin sözlərinə görə, "Diana" istrahət mərkəzinin ərazisində çimərliklə olan bir nəfər qadın boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Trend-ə açıqlamasında bildirib ki, Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub:

"Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara qabaqcadan müəyyən edilmiş çimərlik ərazilərində istirahət etməyi və təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edir".
 

OXŞAR XƏBƏRLƏR

X Mostbet