AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Novxanının mərkəzindən keçən əsas yoldan gedir.
"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən sakinlər bildirirlər ki, yolboyu işıqlandırma dirəkləri olsa da, axşam saatlarında işıqlar yandırılmır. Bu isə xüsusilə yay aylarında daha ciddi narahatlıq yaradır. Çünki, dənizə gedənlərin artması ilə bu yolda həm avtomobillərin, həm də piyadaların hərəkəti artır.
Sakinlər deyirlər ki, bu ərazidə əvvəllər də yol-nəqliyyat hadisələri baş verib. Xüsusilə axşam saatlarında vəziyyət daha təhlükəli olur:
Sakinlər bildirirlər ki, problem təkcə sürücüləri yox, sərnişinləri və yol kənarına yaxın yaşayan insanları da narahat edir. Onların sözlərinə görə, yay mövsümündə bu yoldan istifadə edənlərin sayı bir neçə dəfə artır. Buna görə də işıqlandırmanın olmaması adi narahatlıq yox, birbaşa təhlükəsizlik məsələsidir.











































