Noyabrda Azərbaycanda havalar necə olacaq?

Noyabrda Azərbaycanda havalar necə olacaq?
Bütün Xəbərlər
19:02 30.10.2012
1412
Noyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda isə bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, noyabrda respublika üzrə aylıq yağıntıların qeyri-bərabər paylanması gözlənilir.Aylıq yağıntının miqdarının əksər rayonlarda iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Gecələr 4-9, ayın əvvəlində 10-14 dərəcə isti təşkil edəcək. Gündüzlər ayın birinci yarısında 14-18 dərəcə isti, ayrı-ayrı günlərdə 20-22 dərəcəyədək yüksələcək, ayın ikinci yarısında isə 10-15 dərəcə isti təşkil edəcək.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-33 mm) olacagı gözlənilir.Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Gecələr ayın əvvəlində 4-9 dərəcə isti, ayın ikinci yarısında 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti gözlənilir. Gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə temperatur 20-25 dərəcəyə yüksələcək, ayın ikinci yarısında 8-12 dərəcə isti təşkil edəcək.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacagı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksəkdir.Gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta gözlənilir. Gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 12-16 dərəcəyədək yüksələcək.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacagı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam- Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.Gecələr 5-10 dərəcə isti, ayrı-ayrı günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir. Gündüzlər 10-15 dərəcə isti, ayın əvvəlində 16-19 dərəcə isti, ayrı-ayrı günlərdə 7-9 dərəcə isti təşkil edəcək.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-24 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 5-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 8-13 dərəcə isti, ayın əvvəlində 15-19 dərəcəyədək yüksələcək, ayrı-ayrı günlərdə 5-7 dərəcə isti gözlənilir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-73 mm) olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 8-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.Gecələr 6-11 dərəcə isti, ayın ikinci yarısında ayrı-ayrı günlərdə 0-4 dərəcə isti təşkil edəcək. Gündüzlər 14-19 dərəcə isti, ayrı-ayrı günlərdə 22 dərəcəyədək yüksələcək, ayın ikinci yarısında 9-13 dərəcə isti gözlənilir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-45 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Gecələr 4-9 dərəcə isti, dağlarda temperatur mənfi 1-5 dərəcəyədək enəcək.Gündüzlər 12-17 dərəcə isti, ayın əvvəlində 18-20 dərəcəyədək yüksələcək,.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır