Nuşirəvan Məhərrəmli onu da qeyd edib ki, yeni açılacaq mədəniyyət kanalı efirdə şou xarakterli verilişlərin azalmasında böyük rol oynayacaq: “Biz o məqsədlə bu kanalı açmağa çalışırıq ki, şou verilişlərin sayı azalsın. Daha çox düşündürən, maarifləndirən, Azərbaycanın tarixi, milli mənəvi dəyərləri ilə bağlı verilişlərin sayı artırılsın. Əgər başqa kanallarda milli mənəvi dəyərlərə münasibət bu qədər acınacaqlı olmasaydı, mədəniyyət kanalı açmağa ehtiyyac da qalmazdı. Çox təəssüf ki, teleradio məkanında bu vəziyyət bizi çox narahat edir. Ona görə belə kanala ehtiyac var”.
Nuşirəvan Məhərrəmli özəl kanallara dövlət tərəfindən yardım göstərilə biləcəyini də xüsusilə vurğulayıb: “Biz bazar iqtisadiyyatında uyğunlaşdığımızdan özəl telekanallar da fəaliyyətlərini qanunauyğun qurublar. Buna görə də dövlət öhdəlik götürmür, amma zərurət yaranarsa dövlət özəl telekanallara da yardım göstərə bilər”.
AYSEL FƏRZİYEVA