"İslahatçı Gənclər" İctimai Birliyinin (İGİB) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Birliyin ictimaiyyətlə əlaqələr katibliyindən AZXEBER.COM-a verilən məlumata görə, toplantıda çıxış edən birliyin sədri Fərid Şahbazlı təşkilatın 2014-cü ildəki fəaliyyətindən söz açıb.
O bildirib ki, İGİB 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Gənclər Fondunun dəstəyi ilə iki böyük və əhəmiyyətli layihə icra edib: "Bununla yanaşı birliyimiz paytaxt Bakıda və bölgələrdə müxtəlif mövzularda çoxsaylı görüş və toplantılar reallaşdırıb. "İslahatçı Gənclər" İctimai Birliyi eyni zamanda 2014-cü ildə Türkiyənin İstanbul şəhərində "Xocalıya Ədalət" həftəsi keçirib. Bundan başqa birliyinin ayrı-ayrı üzvləri ölkəmiz üçün əhəmiyyət daşıyan mövzularda yerli və xarici mətbuatda çoxsaylı çıxışlar ediblər".
F.Şahbazlı yeni qədəm qoyduğumuz 2015-ci ildə birliyin fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyini vurğulayaraq, bununla bağlı təşkilatın strateji planının hazır olduğunu qeyd edib.
Daha sonra çıxış edən İGİB sədrinin təşkilati məsələlər üzrə müşaviri Cavid Süleymanov qeyd edib ki, birliyin idarə heyətinin qərarı ilə təşkilatda bir sıra yeni təyinatlar baş tutub. Qərara əsasən, aşağıdakı gənclər birliyin "İslahatçı Gənclər" İctimai Birliyinin müvafiq qurumlarına rəhbər təyin ediliblər:
Elcan Məmmədov (Bakı Slavyan Universiteti rektorunun müşaviri)- İGİB-in Təhsil müəssisələri ilə iş üzrə katibi
Elvin Əjdərli (Eskişəhər Osmangazi Universitetinin tələbəsi, Türkiyə Azərbaycan Qardaşlıq Platformasının sədri) - İGİB-in Xaricdə təhsil alan və yaşayan azərbaycanlı gənclərlə iş üzrə katibi
Samir Hüseynov (Bakı Dövlət Universitetinin tələbəsi) - İGİB-in beynəlxalq əlaqələr üzrə katibi
Fidan Azərqızı Ağayeva (gənc psixoloq)- İGİB Psixologiya Mərkəzinin rəhbəri
Müjgan Əliyeva (İstanbul Aydın Universitetinin magistrı)- İGİB-in İnformasiya texnologiyaları və Sosial şəbəkələrlə iş mərkəzinin rəhbəri
Əli Fərzəliyev -(Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi)- İGİB-in İdman Mərkəzinin rəhbəri
Fariz Vəliyev (İstanbul Kültür Universitetinin tələbəsi)- İGİB-in İstanbul Kültür Universiteti üzrə təmsilçisi