“Önümüzdəki 2 gündə diqqətli olun” - Astroloqdan xəbərdarlıq

“Önümüzdəki 2 gündə diqqətli olun” - Astroloqdan xəbərdarlıq
MARAQLI
14:21 14.08.2024
372
"Önümüzdəki 2 gün keçmişdə yarım qalan münasibətləri bərpa etmək fürsətidir".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri məşhur türkiyəli astroloq Dinçer Güner X sosial media hesabında paylaşıb.

O bildirib ki, kainatda Günəşlə Xiron arasında bucaq əmələ gəlib. 2 gün davam edəcək bucaq retro döngüsüdür, yəni bu keçmiş münasibətləri sağaltmaq fürsəti deməkdir.

Astroloq qeyd edib ki, bu müddət ərzində keçmişdə yaşanan ağrı və travmaları anlamaq və özümüzü sağaltmaq şansımız ola bilər.
 
Bu dövrdə biz öz daxili aləmimizi daha çox düşünməli, ətrafa qarşı daha anlayışlı və həssas yanaşmalıyıq.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR