Nura: “Qadın azadlığı deyilən şey yoxdur” - VİDEO

MAQAZİN
14:47 17.03.2020
8781
 
"AZXEBER.COM"-un "Nazimlə Tez-bazar" rubrikasının qonağı tanınmış müğənni Nura Suridir
 
Rubrikada məşhur şəxslər onlara verilən qısa sözləri tamamlamalıdırlar. 
 
Nura qısa müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi.

O şəxsi həyatından, sənətindən danışıb.

Həmin süjeti təqdim edirik:


 
- Açıqsözlü olduğum üçün...
- Həm dost, həm də düşmən qazanmışam.
 
- Oğlumun incəsənətə meyili olması...
- Mənim üçün çox xoşdur.
 
- Məni anladan mahnım...
- Səndən öyrəndim...
 
- Görüşünə gedəndə həyacanlandığım insan...
- Beynim error verdi. Yoxdur elə bir insan.
 
- Qadın azadlığı deyiləndə...
- Qadın azadlığı deyilən bir şey yoxdur. Beyin və düşüncə azadlığı deyilən bir şey var. Beyinlərin azad olması lazımdır.
 
- Biseksuallara münasibətim...
- Düşünərəm ki, insanların seks həyatı özlərindən başqa heç kimi narahat etməməlidir. Eləcə də məni heç narahat etmir.
 
- Evlilikdə xanım üçün bakirəlik....
- Biz hansı əsrdə yaşayırıq. O qədər müzakirə olunası məsələ var. Gəlin koronavirusdan danışaq.
 
- Cəsarətli geyimlərim ilə demək istəyirəm ki...
- Özümü cəsarətli geyimdə görmürəm. Cəsarətli insan yaltaq olmayan insandır. Bu gün kiminsə vəzifəsi var deyə ona yaltaqlanırlar. Həmin insan illərdir tanıdığı adama hörmət qoymur.
 
 
- İndiki mahnılar... 
- Mahnılarda problem yoxdur. Baxır ifaçıya.
 
- Geyim tərzini bəyənmədiyim məşhur...
- Bədənini bilməyən məşhurlar var. Özlərini kənardan görmürlər.
 
- Bədən quruluşuma görə...
- Çox əziyyət çəkirəm. İdman, spa, masaj və s. yəni gözəl görünmək asan iş deyil.
 
- Övladlarıma ən böyük qadağam...
 - Komputer oyunları ilə bağlıdır. Başlarını məşqələrlə qatıram. David hazırda riyaziyyat, fransız dili, idman, rəqs və vokal dərsləri ilə məşqul olur. Bunlar hamısı ilə hər gün məşqul olduğu üçün uşaq qadağanı hiss etmir.
 
- Övladlarımın atası ilə münasibətimiz...
- Danışmırıq. Son etdiyi hərəkət məni uşaqlarla aramı vurmaq idi. Ona görə hər yerdən onu blok elədim. Daha sonra uşaqlarla münasibətimiz düzəldi. Bir adamı sildimsə getdi.
 
- İndiki sevgilər ona görə qısa müddətli olur ki... 
- İnsanlarda robotlaşmaq gedir. Kişilərdə qadınların sayı çox olanda elə bil oyun oynayıb, bonus yığırlar kimidir. Amma bu düzgün deyil.
 
- Sonuncu dəfə şərəfinə içdiyim insan...
- Gecə-gecə mahnısı oxuyanda.
 
- Məmur olsaydım yoxlamasını aparmaq istədiyim orqan...
 - İlk yoxlamanı uşaq evlərindən başlayardım.
 
- Qız anası olmağı...
- Heç vaxt düşünməmişəm. Madonnanın 10 dəqiqəlik bir çıxışı var, qulaq asın. Qadın olmaq çətindir. Ona görə qız övladı dünyaya gətirməmişəm.
 
- Təklik mənim üçün...
- Tək qalmağı çox sevirəm. Xoşlayıram gecə hamı yatsın mən tək qalım. Kitab oxuyub, öz dünyama gedim.
 
- Özünü mənə oxşadan məşhur...
- Mənim hər addımı təkrarlamaq istəyən məşhurlar var.
 
- 3 uşaq anası olsam da...
- Analığın sinonimi yoxdur.
 
- Ən son oxuduğum kitab və sevdiyim yazıçı
- Toğrul Mehdinin kitabıdır. Sevdiyim yazıçı dediyim yoxdur. Hər yazıçının öz yeri var.
 
- Kişiləri yoldan çıxartmağı...
- Kişilər qəribədir. Onları ac olanda yeməklə də yoldan çıxartmaq olar.
 
- Şou-biznesdə özümə gəlin gördüyüm məşhur...
 - Elə bir müğənni var idi. Amma oğlum xaricə gedib fikirini dəyişdi. O da gənc müğənni Aila Rai idi.

OXŞAR XƏBƏRLƏR