Nuradan həmkarına dəstək: "Azərbaycanda Röya qədər işləyən ikinci müğənni yoxdur"

Nuradan həmkarına dəstək: "Azərbaycanda Röya qədər işləyən ikinci müğənni yoxdur"
MAQAZİN
18:44 12.12.2017
3106
Tanınmış müğənni Nura Suri həmkarı Röya Ayxana dəstək verib.
 
AZXEBER.COM xəbər verir ki, müğənni sosial şəbəkədə yazdığı statusunda Röya haqda xoş fikirlər bildirib.
 
O qeyd edib ki, Azərbaycanda Röya qədər zəhmətkeş ikinci müğənni yoxdur: "Röya qədər çalışan, mahnılar yazdıran ikinci müğənni yoxdur. 13-14 ildir ki, sənətdədir, oxuduğu mahnıların sayı-hesabı yoxdur. Gördüyü işləri danmaq mümkünsüzdür".
 
Nura daha sonra qeyd edib: "Mahnı müsabiqəsində qalib gəlmək, sevilən və məşhur müğənni olmaq demək deyil".
 
Xatırladaq ki, Röyanın "Altın kelebek" mükafatını alması ölkəmizdə birmənalı qarşılanmayıb.
 

OXŞAR XƏBƏRLƏR