Nuran Abdullayev: “Vaksin olunmuşlar üçün 2022-ci ildə pandemiya bitmiş olacaq” - VİDEO

Nuran Abdullayev: “Vaksin olunmuşlar üçün 2022-ci ildə pandemiya bitmiş olacaq” - VİDEO
SAĞLAMLIQ
14:54 03.01.2022
778
"Pandemiya ilə mübarizə strategiyaları fərqlidir və müxtəlif ölkələrdə də bu strategiyaların ayrı-ayrı metodlarından istifadə edilir. Bəzi ölkələr peyvəndləmə strategiyasını seçib, bəzi ölkələr isə kütləvi yoluxma ilə vətəndaşlar arasında immunitet yaratmaq strategiyasını seçiblər”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Həkim bildirib ki, riyazi hesablamalara görə, ikinci, yəni kütləvi yoluxma ilə immunitet formalaşdırılması strategiyasını seçənlərdə ölüm sayı çox oldu:

"Məhz buna görə, peyvəndlənmə strategiyası daha üstün hesab olunur. Modifikasiya olunmuş peyvəndlərlə də vaksinasiya olunduqdan sonra bu gün demək olmaz ki, bu proses hansı yaş qrupu aralığında şəxslərə şamil ediləcək. Belə ki, "Omikron” ştammının hansı istiqamət üzrə inkişaf edəcəyini biz ilkin elmi araşdırmalar nəticəsində bilə bilirik. Amma ola bilər ki, "Omikron” ştammı sonuncu ştamm olsun və bununla da hər şeyə son qoyulsun. Belə olsa, pandemiya bitəcək və heç modifikasiya olunmuş peyvəndlərə də ehtiyac qalmayacaq.

Amma bütün bunların fonunda heç kim inkar edə bilməz ki, başqa ştammlar da meydana gələ bilər. Ona görə biz bu günlə yaşamalıyıq və növbəti dalğaya səbəb olacaq ştamma qarşı effektiv peyvəndlərlə vaksinasiya olunmaq bizi vəziyyətdən çıxara biləcək”.

Effektiv peyvənd alanlar və almağa hazırlaşanlar üçün 2022-ci ildə pandemiya bitmiş olacaq. İnsanların modifikasiya olunmuş peyvəndlərlə ("Omikron” ştammına effektiv təsir etmək üçün dəyişiklik ediləcək mRNT peyvəndləri) mart ayından sonra vaksinasiyaya cəlb olunması virusa qarşı çox güclü və geniş immunitet yarada bilər ki, bu da yay aylarını normal keçirtmək deməkdir.

N.Abdullayevin sözlərinə görə, Azərbaycanda pandemiya ilə bağlı mövcud vəziyyət digər ölkələrlə müqayisədə yaxşıdır:

"Bir çox ölkələr də pandemiya ilə bağlı yarana biləcək hər hansı problem mütləq deyil ki, Azərbaycanda da yaranacaq. Əgər ağır xəstələndirmə qabiliyyəti gözlənildiyi kimi aşağı düşərsə və virus zəifləyərsə, məsafə saxlamaq, maska taxmaq və s. kimi qoruyucu üsullar peyvənd olunmayanlara görə tətbiq ediləcək, amma bu, onların ölümlə təhlükədə olmaqları demək deyil. Mən düşünürəm ki, Azərbaycanda artıq endemik (pandemiyadan fərqli olaraq yoluxmalar məhdud populyasiyada və məhdud regionda baş verir ki, burada da artıq yoluxma sayları azalaraq müəyyən formada stabil qalır) vəziyyətə keçid başlayıb. Sadəcə Azərbaycanda indiki mərhələ üçün önəmli olan strategiya tətbiq edilməlidir. Bir də düşünün endemik vəziyyətə keçiddən sonra müəyyən dalğa müşahidə edilə bilər. Buna "Omikron” səbəb olacaqsa, artıq immunitet qazanmış insanlarımıza "Omikron”a qarşı modifikasiya olunmuş peyvəndlərin tətbiqi insanlarda güclü immunitet yarada bilər. Bu çox önəmli faktordur və o deməkdir ki, Azərbaycanda heç bir ağırlaşmaya səbəb olacaq yoluxmaya rast gəlinməyəcək.

Belə ki, Avropa ölkələrində görülən tədbirlər "Omikron” ştammının səbəb olacağı dalğaya qədər olan məsafənin uzadılması, modifikasiya olunmuş peyvəndlərin hazırlanması, dalğa yaranmamışdan peyvəndlərin tətbiqi endemik vəziyyətə keçid ola bilər. Azərbaycanda isə artıq düşünürəm ki, o vəziyyətə keçilib və bundan sonrakı strategiyanın da doğru tətbiqi ağır halların kəskin şəkildə aşağı düşməsinə səbəb olacaq”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı