‘Nurçuluq bizə çox ziyan vurub’ - Yaqub Mahmudov

‘Nurçuluq bizə çox ziyan vurub’ -  Yaqub Mahmudov
Bütün Xəbərlər
00:13 10.04.2014
1161

“Azərbaycanda bir sıra strukturlarda müəyyən təriqətlərə işləyən insanlar var. Bunlardan biri də nurçuluqdur. Onlar bizim ardıcıl olaraq milli təəssübkeşlik ruhunda fəaliyyyət göstərən alimlərə zərbə vururlar”.

AZXEBER.COMxəbər verir ki, bu fikirləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov deyib. Deputat bildirib ki, bir alim olaraq bu zərbəni şəxsən hiss edib:

“Mənim 75 illiyimdən 1-2 gün öncə onların təhriki ilə mənə böyük zərbə vuruldu. Ancaq mən o zərbəni şərəflə qəbul edirəm. Çünki, mən bilirəm ki, o zərbənin ucu xaricə və onlara xidmət edən daxili qüvvələrə gedib dirənir. Bizim arxamızda xalqımız, prezidentimiz var. Ona görə də belə qüvvələr bizə güc gələ bilməz”.

OXŞAR XƏBƏRLƏR